Dünya 

Braziliyada koronavirusdan daha 2 378 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 52 911 nəfər yoluxub.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 17 037 129 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 378 nəfər ölüb, ölənlərin ümumi sayı 476 792 nəfər təşkil edir.

Daha çox xəbərlər