7 min hektardan artıq ərazi minalardan təmizlənərək dövlət orqanlarına təhvil verilib
“Qardaş Türkiyə Respublikasından ölkəmizə gələn istehkamçılarla birlikdə Azərbaycan istehkamçıları düşməndən azad edilmiş ərazilərdə mina və partlamamış döyüş sursatlarının təmizlənməsi tapşırığını icra edir”.
ARANTV.AZ xəbər verir ki, bunu Mühəndis Qoşunlarının zabiti, polkovnik Ceyhun Bağırov deyib.
C. Bağırov bildirib ki, işğaldan azad edilmiş torpaqlarda indiyədək 7 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlardan təmizlənərək aidiyyəti dövlət orqanlarına təhvil verilib.

