Zahid Oruc: “Azərbaycan öz torpaqları kimi, milyonlarla erməninin şüurunu da minalardan təmizləyəcəkdir”
10 gün əvvəl Ağdamın mina xəritəsinin alınmasına parlamentdə münasibət fürsəti olmamışdı. Sənədin mötəbərliyinə qiymət vermədən Amerika, Avropa Birliyi və Gürcüstanın vasitəçiliyi ona görə alqışlandı ki, 30-dan artıq ölüm hadisənin və 100-ə yaxın yaralının bir daha baş verməyəcəyinə, 100 milyonlarla manat pula qənaət ediləcəyinə və ən əhəmiyyətlisi, zamana-Böyük qayıdışa bir an öncə qovuşacağımıza zəmin yaranırdı. Lakin sual olunur, son 30 ildə təkcə bir rayona 100 minə yaxın mina əkənlər, hansı haqla sülh və inkişaf əldə edə bilərdilər? Doğma Ağdamımıza tarixi Akna şəhəri deyib oraya əkdikləri ölüm toxumu ilə hansı ÜDM-i artıra bilərdilər?
Əlbəttə, mina xəritələrinin alınması Ali Baş Komandanın müharibədə yürütdüyü hərbi taktikanın bir daha doğruluğunu sübut edir. Əks-halda, o istiqamətdən hücumların itkilərin miqyasına, müharibənin gedişinə və millətimizin mənəvi-psixoloji durumuna təsirini təsəvür etmək çətin deyil.
97 mindən artıq ölümsaçan rəqəmlə geri qayıtmağa hazır olan 97 mindən artıq dinc insanımızı bir anlıq birgə təsəvvür edin, onda hakimiyyəti nədə günalandırmaq olar? Məgər Stalinqradı düşməndən azad edən babalarımız ömürlərinin 10 ilini də mina təmizləməyə həsr etmişdilər? Axı faşistlər belə etməyiblər!
Mina xərtiələri işğalın gerçək planıdır. Dövlətimiz onları real ittiham aktına, məhkəmə hökmünə çevirəcək. Cinayət faktlarını İrəvanın özündən aldığımız dünyanın gözü qarşısında, beynəlxalq vasitəçilərin əli ilə baş verib və minalar elə Koçaryan, Sarksiyanın gerçək simasıdır. Bir xalq Komitasla, Ayvazyanla, Babacanyanla öyündüyü halda min kvadrat kilometrlərlə ərazidə qanlı əsərlər və qorxulu kabus yaradıblar. Mesrop Maştotsun əlifbasının yazılı ədəbiyyata və qədim irsi qorumağa xidmət etdiyini, Ayane Şirakatsinin yerin kürə şəklində olduğunu Qalileydən əvvəl kəşf etdiyini deyən bir millət kürəşəkilli minalarla görün planetin bir parçasının başına hansı oyunu açıblar və saxladıqları miras nədən ibarətdir? Halbuki Azərbaycan xalqı heç bir torpağa minalar əkməyib.Çünki millətəmizin min ilik tarixi və dəyərləri ona imkan verməyib.
İndi də hər həftə Xudavəngə gəlib dua edən rahiblər öz millətinə Allahdan əfv diləmək əvəzinə və bütün insanlıq əleyhinə, birgəyaşayışın, sülhün altına qoyulan təhlükəyə görə Azərbaycandan üzr istəmələri yerinə yenə Eçmiədzinin məxfi planlarını yürütmələri daha çox ermənilərə zərbədir. Ona görə Paşinyan ilahinin onlara qəzəbinin tutduğunu deyəndə, haqlıdır! Bir millət özünü mina ilə qoruya bilməz! Azərbaycan öz torpaqları kimi, milyonlarla erməninin şüurunu da minalardan təmizləyəcəkdir!

