Antalyada yenə qasırğa: yaralananlar var
Türkiyənin cənub-qərbindəki Antalya vilayətində qasırğa tüğyan edir.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, təbiət hadisəsi Qumluca rayonunda ciddi fəsadlara səbəb olub.
Qasırğa ilə əlaqədar bir neçə istixana dağılıb və işçilər xəsarət alıb. Bu saata olan məlumata görə, qasırğa nəticəsində yaralananların sayı 5 nəfərdir.
Xatırladaq ki, yanvarın 24-ü Antalyada baş vermiş qasırğa nəticəsində 2 həlak olmuş, 11 nəfər xəsarət almışdı.

