Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 22 oldu
Gürcüstanda daha bir nəfər H1N1 virusundan ölüb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Zuqdidi şəhərində qeydə alınıb. Xəstəxanada müalicə alan şəxs ötən gün dünyasını dəyişib.
Hazırda Zuqdidi xəstəxanasında hazırda 19 nəfər qripdən müalicə olunur.
Bununla da, Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 22-ə çatıb.

