Ankarada Şuşa Konfrans Mərkəzi açıldı – VİDEO
Türkiyənin İstanbul şəhərində xaricdəki Azərbaycan Evlərinin birinci və Azərbaycanlıların Koordinasiya Şuralarının ikinci toplantısı keçirilib.
“Haber Global” məlumat verir ki, tədbirdə iştirak edən 28 ölkədən gəlmiş azərbaycanlılar Vətən müharibəsində qazanılan qələbədən sonra qarşılarında duran yeni vəzifələri müzakirə ediblər.
Tədbirdə Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin rəmzi açılışını bildirən qırmızı lent kəsilib.
Jurnalistlərə açıqlama verən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra diaspor qarşısında tamamilə başqa siyasi istiqamətlərin dayandığını vurğulayıb.
F. Muradov qeyd edib ki, təkcə 44 günlük müharibədə Diasporla İş üzrə Dövlət Komitəsi 51 ölkədə müxtəlif tədbirlər keçirilib.
Tədbirdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik əlaqələri və Şuşa Bəyannaməsində təsbit edilmiş məqamların icrasına dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

