Sosial 

Bu vaksinləri vurduranlar Avropaya buraxılmayacaq? – TƏBİB-dən CAVAB

Bildiyimiz kimi, Avropa “Sinovac” və “Sputnik” vaksinlərini tanımadı. Ölkəmizdə isə çox insanlar bu vaksinlərdən vurdurub. “Biotech Pfizer” isə yeni gəlib. İndi “Sinovac” və “Sputnik” vaksinlərini vurduranlar Avropa ölkələrinə buraxılmayacaqlar? Əgər belə bir hal baş verərsə, insanlar Avropaya getmək üçün orada istehsal olunan və tanınan vaksini vurdura bilərlər, yaxud da vurdurmalıdırlarmı?

Məsələ ilə bağlı TƏBİB Sonxeber.az -ın sorğusunu cavablandırıb:

“Bildiyiniz kimi, vaksinasiyanın başladığı gündən Avropa Dərman Agentliyi “Pfizer”, “Moderna” və “AstraZeneca”nı tanımışdı. Daha sonra siyahıya “Johnson & Johnson” əlavə edildi. Dünən qəbul edilən “Vaksinasiya sertifikatı” haqqında sənəddə də, gözlənildiyi kimi, məhz həmin peyvəndlərin adları əksini tapıb. Digər tərəfdən, həmin sənəddə xüsusi qeyd olunub ki, hər bir Avropa ölkəsi özü hansı vaksini tanıyacağı barədə sərbəst qərar vermək hüququna malikdir. Çünki bu gün bir çox Avropa ölkələrində, xüsusilə də Şərqi Avropada “Sputnik V”, “Sinovac”, “Sinopharm” istifadə olunur. Ən əsası, biz Avropa Birliyinin qərarlarınını yox, Ümumdünya Səhiyyə Təşkilatının qərarlarını gözləyirdik. Çünki bizim üçün insanların sağlamlığı vacibdir”.

Daha çox xəbərlər