Rusiyada ZTR mikroavtobusla toqquşub – Ölü və yaralılar var
Rusiyanın Stavropol diyarında hərbi konvoyda hərəkət edən zirehli transportyor (ZTR) “Qazel” markalı mikroavtobusla toqquşub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində iki nəfər həlak olub.
Bundan başqa, daha dörd nəfər, o cümlədən üç uşaq xəsarət alıb. Qəza zamanı mikroavtobusda 9 nəfər olub.
Qəza ilə bağlı araşdırma aparılır.

