Gürcüstanda şok: Son sutkada 1862 yoluxma, 11 ölüm
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1862 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 379 673, xəstəlikdən ölənlərin sayı isə 5 479 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 360 558 nəfərin sağaldığı bildirilir.

