Xaçmazda 61 yaşlı kişi dənizdə batıb
Xəzər dənizinin Xaçmaz sahilində bir nəfər batıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Xaçmazın Niyazabad kəndi ərazində qeyd alınıb.
1959-cu il təvəllüdlü Talıbov Sədulla Cəfər oğlu dənizdə çimərkən boğulub. Onun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

