Şəmkirdə ailə faciəsi – Ər və arvadı öldü
Şəmkir rayonunda baş verən ağır avtomobil qəzası zamanı dünyasını dəyişən şəxslərin adları məlum olub.
Onlar “VAZ-2106” markalı avtomobildə olan, 1936-cı il təvəllüdlü Əli Ələkbərov və onun həyat yoldaşı 1954-cü il təvəllüdlü Gülvar Ələkbərovadır.
Faktla bağlı araşdırma aparılır.
21:29
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.
VAZ markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb.
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.(Report)

