Sosial 

ŞAD XƏBƏR: Gələn il əlilliyin verilməsi ilə bağlı bir sıra problemlər həll ediləcək – AÇIQLAMA

Son günlər əlilliyin təyin edilməsiylə bağlı narazılıqlar mövcuddur. Vətəndaşların bir çoxu iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin təyin edilməsi düzgün aparılmır və yaxud da sənədlərlə bağlı süründürməçilik halları mövcuddur. Məlum olduğu kimi, son bir neçə ayda əlillik müavinətləri kəsilən vətəndaşlarımız da var. Bununla bağlı məsələnin Milli Məclisin plenar və komitə iclaslarında qaldırılmasına baxmayaraq, hələ də konkret addımlar atılmamaqdadır. Hətta bəzi deputatlar əlilliyin təyin edilməsi məsələsinin ƏƏSMN-dan alınıb, “Asan Xidmət“ə verilməsini təklif ediblər.

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən deputat Bəhruz Məhərrəmov bildirib ki, hər şeydən öncə bu problem həllini tapmalı, vətəndaş gedəcəyi və tələb edəcəyi vahid ünvanı bilməlidir:

“Əliliyin verilməsi ilə bağlı problemlərin kökündə həm bu gün qüvvədə olan qanunvericilik və əlilliyin verilməsi meyarları, həm də bu işin vahid mərkəzdən idarə olunmamasıdır. Vətəndaş faktiki olaraq iki fərqli qurumun, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və TƏBİB-in arasında qalır. Hesab edirəm ki, hər şeydən öncə bu problem həllini tapmalı, vətəndaş gedəcəyi və tələb edəcəyi vahid ünvanı bilməlidir.

İkinci, çox vacib məqam köhnəlmiş qanunvericilik sistemi idi. Bilirsiz ki, iyun ayında Milli Məclisin növbədənkənar sessiyasında artıq əlilliyin təyinatı ilə bağlı qanunvericiliyə çox ciddi dəyişikliklər edildi. Yeni qanunla əlilliyin artıq 3 yox, 4 dərəcəsi müəyyən olundu. Hər şeydən öncə, bu zaman mütəxəssisin seçim qiymətləndirmə imkanları da geniş olur.

Həmçinin, əlilliyin təyin prosesinin aylarla uzanması, müalicə və bərpası mümkün olmayan hallar üzrə təkrar yoxlamaların tələb edilməsi, habelə, əlilliyin təkrar müayinəsi üçün ara müddətlərdə müavinətlərin kəsilməsi əlavə narazılıq yaradırdı ki, yeni qanunvericilik aktı 2022-ci ilin 1 iyulundan qüvvəyə mindikdən sonra bu kimi problemlərə son qoyulacaq”.

Daha çox xəbərlər