Hadisə 

Qumar borcuna görə “Ailə” TV-yə basqın edən gənclərə cəza istənildi – 48 il 9 ay

Quldurluqda, basqında, adam bıçaqlamaqda və oğurluqda ittiham edilən 5 gənc növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar “Ailə TV” kabel televiziyasının ofisinə etdikləri basqınla gündəmə gəlmişdilər. 21-23 yaşlı bu gənclər həbs edildikdən sonra onların başqa cinayət əməlləri törətdikləri də üzə çıxıb.

ARANTV.AZ Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Onlar Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”, 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) və 126.1-ci “qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddələri ilə təqsirli bilinirlər.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Kamil Əliyevin 12 il, Asib Kambarovun 9 il, Kamran Süleymanov 9 il, Rəşad Əhmədzadə 9 il 9 ay və Orxan Əliyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

İttihama görə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar. Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.

Kamil Əliyev deyib ki, özünü qismən təqsirli bilir. O, quldurluq törətdiyini, soyuq silah gəzdirdiyini etiraf edib. Amma heç kimin sağlamlığına xəsarət yetirmədiyini söyləyib. Asib Kambarov və Kamran Süleymanov özlərini tam təqsirli bildiklərini deyiblər. Rəşad Əhmədzadə və Orxan Əliyev isə özlərini qətiyyən təqsirli bilmədiklərini söyləyiblər.

Təqsirləndirilən şəxslər məhkəmədə qumar borcları olduğu üçün “Ailə” TV-yə basqın etdikıərini deyiblər.

Daha çox xəbərlər

Leave a Comment