Albaniya KİV: “Kukesi” “Qarabağ”la oyunu boykot edəcək
Albaniyanın “Kukesi” klubu bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bakıda qarşılaşacağı “Qarabağ”la görüşü boykot edə bilər.
ARANTV.AZ xəbər verir ki, bu haqda Albaniya mətbuatı məlumat yayıb.
Buna səbəb “Kukesi”nin kosovalı futbolçusuna viza verilməməsidir. Belə ki, komandanın ehtiyat qolkiperi Faton Malokuda ölkəmizin müstəqilliyini tanımadığı Kosovanın vətəndaşı olduğundan Bakıya buraxılmayıb. Komandanın vitse-kapitanı Besar Musolli və Donyet Şkodra da kosovalı olsalar da, onların Albaniya pasportu da olduğu üçün hər iki futbolçuya viza verilib.
Bu yerdə haşiyə çıxaraq qeyd edək ki, yaxınlarda Kosovanın gənclərdən ibarət millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıya gəlmişdi. Həmin futbolçuların çoxunun ikili vətəndaşlığı olmasa da, viza almaqda problem yaşamamışdılar. Deməli, “Kukesi” müəyyən mənada günahı həm də özündə görməlidir.
oxu.az

