Şuşalılar Şuşaya yola düşüblər
Avqustun 19-da Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə bir qrup şuşalı öz doğma torpaqlarını ziyarət etmək üçün yola düşüblər.
ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində onlar Şuşada dini, tarixi, mədəni abidələri ziyarət edəcək, yenidənqurma işləri ilə tanış olacaqlar.

