Ramin Bayramlı əhaliyə çağırış etdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı əhalinin vaksin olunması üçün çağırış edib.
O, bu barədə “Twitter” hesabında paylaşım edib.
“Sağlamlığımızı qorumaqda, peyvənd olunmaqda qərarlı olduğumuz müddətcə ürəkaçıcı nəticələrə birlikdə şahid olacağıq. Azərbaycanda vaksin olunanlar arasında 0,6 faiz yoluxma halı müşahidə olunub”, – deyə o əlavə edib.
Sağlamlığımızı qorumaqda, peyvənd olunmaqda qərarlı olduğumuz müddətcə ürəkaçıcı nəticələrə birlikdə şahid olacağıq. #BizBirlikdəGüclüyük #COVID19vaccination pic.twitter.com/o3pkOFHs89
— Ramin Bayramlı (@RaminBayramli) August 21, 2021

