Manset 

Prezidentin ən sadiq məsləkdaşı

Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir
Mehriban Əliyeva

Birinci xanımın şəxsiyyətinə böyük rəğbət

Ötən əsrdə dünyanın siyasi terminologiyasına daxil olan “First Lady”-“birinci xanım” titulu barədə Amerikada belə fikir aforizmə çevrilmişdir:  “Birinci xanım prezident üçün ən yaxşı partiyadır.”  ABŞ tarixində 1933- 1944-cü illərdə birinci xanım Eleonora Ruzveltin İkinci Dünya müharibəsi illərində hərbi hissələrə baş çəkdiyi, eyni zamanda, ölkəsinin mülki müdafiə  idarəsi rəisinin birinci müavini  vəzifəsini  icra etdiyi bildirilir. E. Ruzveltin BMT-nin yaradılmasında da xidmətləri böyük olub və o, “Ümumdünya insan hüquqları bəyannaməsi”ni hazırlayan komitəyə sədrlik edib. Birinci ledi statusunda olduğu illərdə 6 min tədbirdə iştirak edən, 2 minə yaxın çıxışı ilə tanınan və 300 mindən artıq müxtəlif məzmunlu məktublar alan  bu xanım  haqqında İngiltərənin baş naziri  Uinston Çörçill belə deyirdi: “Eleonora Ruzveltin gəzdiyi yerlərdə qızıl izlər qalır…” ABŞ-ın  Franklin Ruzveltdən sonrakı prezidenti Harri Trumen  isə Eleonora Ruzvelti “dünyanın birinci ledisi” adlandırırdı. 1998-ci ildə “Time” jurnalı tərəfindən adı 20-ci əsrin ən nüfuzlu 100 şəxsi siyahısına salınan Eleonora Ruzvelt ABŞ-ın yeganə birnci ledisidir ki, Nyu-Yorkda onun abidəsi uçaldılıb.

…XXI  əsrdə belə xanımlar sırasında Mehriban  xanım  Əliyevanın da  işıqlı  obrazı  var. Bu gün Azərbaycanın birinci ledisi olaraq  onun adı  dünyada ən gözəl hesab olunan birinci xanımların siyahısında  yer alır. İctimai-siyasi  fəaliyyətinin və  xeyirxah əməllərinin xoş sorağı dünyanın hər bir səmtindən eşidilir. Mehriban xanım Əliyevanın tarixi abidələrin, müqəddəs dini məkanların bərpası, abadlaşdırılması üzrə həyata keçirdiyi layihələr, başqa-başqa ölkələrdə inşa etdirdiyi məktəblər, ehtiyacı olan icmalara uzatdığı kömək əli, UNESCO və İCESCO-nun sülhməramlı səfiri qismində yerinə yetirdiyi missiya insanlarda həm də Azərbaycan qadınının şəxsiyyətinə böyük rəğbət yaradır…

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin zəfər  müjdələrini  ilk olaraq  sosial şəbəkə hesabında paylaşması, dövlət başçısı ilə birlikdə  hospitallarda müalicə olunan hərbçiləri ziyarət etməsi, tarixi Qələbəmizdən sonra  dəfələrlə işğaldan azad olmuş rayonlara  səfəri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətənpərvər, cəsarətli, güclü, eyni zamanda,  mərhəmətli və şəfqətli obrazını tam doğunluğu ilə göz önündə canlandırdı.

Millətə layiqli xidmət və bəşəri sevgi

Getdikcə qlobal faciələrin, dövlətlərarası münasibətlərin   gərginləşdiyi dünyamızda  insan ruhunun  ərazisini  qorumaq çox  müqəddəs  bir missiyadır.  Hələ  ötən əsrin 90-cı illərinin ortalarından üzü bəri davam edən ictimai fəaliyyətini nəzərdən keçirdikcə Mehriban xanımın  cəmiyyətimizin konkret dönəmlərdəki inkişaf ehtiyaclarını necə qanunauyğunluqla izlədiyinə, dövrün ruhunu dəqiqliklə əks etdirdiyinə şahid oluruq. 2004-cü ildə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu  yaradıldı. Həmin dövürdən başlayaraq fond milli-mənəvi dəyərlərin, multikulturalizm ənənələrimizin, mədəni irsimizin qorunmasında və dünyada təbliğində mühüm rol oynadı, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafına töhfə verən bir sıra böyük layihələri gerçəkləşdirdi.

Müsahibələrinin birində birinci xanım olmağın məsuliyyəti haqqında Mehriban xanım belə  fikir söyləyir: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür…”

Mehriban xanımın təşkilatçılığı ilə Bakıda “Eurovision” mahnı Müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Dünya gənclərinin IV məşğulluq sammiti (YES) və digər beynəlxalq tədbirlər yüksək səviyyədə keçirildi.

İctimai-siyasi fəaliyyəti dövründə Azərbaycanda bir çox ilklərə imza atan  Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində millətə layiqli xidmət və  bəşəri sevgi dayanır. Xeyirxah əməllər  isə  heç  zaman  cavabsız qalmır.

Birinci vitse-prezident təyin edildikdən sonra Mehriban xanım Əliyeva  Azərbaycanın  müxtəlif istiqamətləri üzrə dövlət siyasətinin daha müvəffəqiyyətlə həyata keçirilməsinə öz töhfələrini verdi.

“Gəlin ocağa çəkər…”

Bir fakti qeyd etmək yerinə düşər ki, Azərbaycan-türk xanımının öz  nəcib əməlləri, Vətən sevgisi ilə birinci  kimi önə çıxması ənənəsi ana kitabımız “Kitabi- Dədə Qorqud”dakı qadın  obrazlarında görünür. Oğuz elinin başçısı Qazan xanın  zövcəsini  öyərkən dastanda işlənən “Boyu uzun Burla xatun” ifadəsi  onun  boyunun ucalığına deyil,  birinci xanım  olmasına dəlalət edir.

Tariximizin bütün mərhələlərində Azərbaycan qadının adı böyük şərəflə keçir.  Azərbaycan xanımı qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir olaraq ad-san qazanmışdır.  Məsələn, Naxçıvanda Əbubəkr Əcəmi tərəfindən şərəfinə türbə ucalmış Möminə xatun Azərbaycan Atabəyləri ilə aparılan ara müharibələrinin qarşısını almaqla, bütün Şərqdə tanınan Məhsəti Gəncəvi dərin hikmətli rübailəri ilə xalqına tövsiyələrini bildirməklə, ilk səfir qadınlarımız Uzun Həsənin anası Sara xatun və gəlini Dəspinə xatun ilə birlikdə öz sülpərvər missiyalarını ləyaqətlə yerinə yetirməklə, Fətəli xanın həyat yoldaşı Tutibikə Fətəli xan Dərbənddə olarkən qalanın müdafiəsinə qalxaraq qələbə çalması ilə, Xan qızı Natəvan həm apadığı suyasətlə, həm  də xeyirxah əməlləri və lirik şeirləri ilə xalqın sevimlisi olmuşlar.

…Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı akademik  Zərifə Əliyeva ötən əsrdə əsl Azərbaycan qadınına xas  ideal  keyfiyyətləri, ziyalılığı, insanlara sevgisi ilə  böyük nüfuz qazanmışdı.  Bu fikirlər isə 80-ci illərdə  Heydər Əliyevin  şəxsi mühafizəsinin rəisi işləmiş  Aleksandr İvanova aiddir:  “Çox sonralar  mən Zərifə xanımın  bir çox məziyyətlərini  Mehriban xanımın timsalında gördüm. Düz deyiblər ki, gəlin  ocağa çəkər.”

Xoşbəxtlik yaradanın xoşbəxtliyi ikiqat xoşbəxtlikdir

Yaradan  bütün  yer üzündəki  gözəlliklərin  cəmidir. Vaxtilə  fransız yazıçısı Andre Morua yazırdı ki, insanın həyatdakı məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər gününü kiçik bir əbədiyyətə çevirməkdədir. Xəstə bir körpəyə şəfqət bəxş etmək, onun   valideynlərinə xoşbəxtlik  hissini  yaşatmaq  əbədiyyət qazanmaqdır. “İstər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır” deyən və biganəlik və laqeydliyi ən dəhşətli xüsusiyyət adlandıran Mehriban xanım Əliyeva  müsahibələrinin birində qeyd edir ki, ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. “Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə – Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam.”

Əlbəttə,  Mehriban Əliyevanın Birinci vitse-prezident təyinatı heç də təsadüfü olmayıb. Çünki  Mehriban xanım  həmişə  yerinə  yetirdiyi  bütün vəzifələrdə  öz   potensialını, yüksək məsuliyyət hissini,  təşkilatçılıq məharətini  ortaya qoyduğu  nəticələrlə təsdiqləyib.

Mehriban xanımın zyalı ocağına mənsub olduğu – babası Mir Cəlal Paşayevin, ana babası Nəsir İmanquliyevin, anası Aida xanım İmanquliyevanın, atası Arif Paşayevin  Azərbaycan  cəmiyyəti  qarşısında  sanballı  xidmətləri  heç kimə  sirr deyil.  Gəlin getdiyi ocaqda  Heydər Əliyev kimi müdrik siyasətçinin,  gözəl oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın dəyərli məsləhətlərini dinləyib. Hər iki ocaqda  gördüklərini, öyrəndiklərini qəlbinin yaddaşına köçürüb…

Bu gün xeyirxahlığı, mərhəməti, insanlara sevgisi qəlbində dolub-daşan birinci xanım sönmüş ümidlərə işıq salır. Müdük insanların birindən soruşurlar: “Əfv etmək yaxşıdır, yoxsa cəsarət?”  Müdrik insan cavabında deyir: “Əfv etmək, çünki əfv etməyi bacaranın cəsarətə  etiyacı yoxdur!” Mehriban xanımın təşəbbüsü ilə gerçəkləşən  amnistiya  aktları  nəticəsində  minlərlə məhbus azadlığa  buraxılıb. Əlbəttə, belə nəcib təşəbbüslərdən  çox misal çəkmək olar.

Haqqında çəkilən filmin kadrlarında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qızları Leyla Əliyeva və Arzu Əliyeva ilə Yeni il şənliyini Bakının Nərimanov rayonunda “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün  Reabilitasiya Mərkəzində keçirir.

Mehriban xanım Mərkəzin nəzdində fəaliyyət göstərən xor kollektivi ilə birgə mahnı ifa edir. Daha sonra Birinci vitse-prezident autizmli uşaqlarla birgə bişirdikləri tortu çay süfrəsi arxasında dadırlar.

Mehriban xanım Əliyevanın doğum günü münasibəti ilə qələmə aldığım yazımı  dövlətimizin başçısı İlham Əliyevin Birinci vitse-prezident kimi onun fəaliyyəti barədə xarici jurnalistə söylədiyi dəyərli fikirlə tamamlamaq istəyirəm: “Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və vətəndaşların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz…O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir.”

Daha çox xəbərlər