Dünya 

Polis cinayətkarı girovla birlikdə güllələdi – VİDEO

Los-Anceles polisinin əlində bıçaq olan cinayətkarla birlikdə girov götürdüyü qadını güllələməsinin görüntüləri yayılıb.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bu, son altı həftədə polislər tərəfindən öldürülən ikinci günahsız adam olub.

30 yaşlı Latın amerikalı Qilermo Peresin keçmiş sevgilisinə hücum etməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə yerinə gələn təhlükəsizlik işçiləri onların təslim olmaq barədə tələblərinə tabe olmayan və 49 yaşlı şəhər sakini Elizabet Tollisonu girov götürən şəxsə atəş açıb.

Atılan 18 güllədən bəziləri girov götürülən qadına dəyib. Xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

 

Daha çox xəbərlər

Leave a Comment