Sosial 

Azərbaycanda “Mü” ştammı var? – Açıqlama

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “Mü” ştammına yoluxma faktı qeydə alınmayıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, “Mü” ştammı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb. H.Harmancı bildirib ki, yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır:

“COVID-19-un “Mü” ştammı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq”.

Daha çox xəbərlər