Cəmiyyət Region Xəbərləri 

Qəbələdə, əhalinin tibbi müayinəsinə başlanılmışdır.

ARANTV.AZ xəbər verir ki, Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2019-cu ilin fevral ayının 11-dən Qəbələ rayonunda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.
Bu məqsədlə rayon icra hakimiyyətində  aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmışdır.
Komissiya tərəfindən tərtib edilmiş qrafikə əsasən Qəbələ Müalicə Diaqnostika Mərkəzində və Mərkəzi Rayon Xəstəxanasında əhalinin artıq tibbi müayinədən keçirilməsi üçün müvafiq işlər görülmüşdür. May ayının 1-də başa çatdırılması nəzərdə tutulan tibbi müayinə ilə əlaqədar rayon icra hakimiyyətinin şöbələri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən əhali arasında maarifləndirmə işləri aparılır.

Daha çox xəbərlər