Dünya 

İstanbulda öz toylarına gedən cütlük qəzaya düşdü – Ölənlər var

Türkiyənin İstanbul şəhərində nikah bağladıqdan sonra Adanadakı toylarına gedən cütlük qəzaya düşüb.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, cütlüyün də içində olduğu maşın arxadan TIR-a çırpılıb.

Nəticədə, iki nəfər ölüb, dördü isə yaralanıb.

Hadisə yerinə çox sayda polis və tibbi yardım cəlb edilib.

Qəzada ölənlər bəyin ata və anasıdır.

Yaralılar Aksaray Tədris və Araşdırma Xəstəxanasına yerləşdiriliblər.

Daha çox xəbərlər