Gənc intihara cəhd etdi — TƏFƏRRÜATLAR
ARANTV.AZ-ın məlumatına görə, 1984-cü il təvəllüdlü Xasıyeva Aygün Əbülfəz qızı özünü yaşadığı binanın 1-ci mərtəbəsindən yerə atıb. Onun ayağı sındığı üçün xəstəxanaya yerləşdirilib. Məlum olub ki, Aygün Xasıyeva Ağsu rayon sakinidir və 10 iyul 2018-ci il tarixindən Ağsu RPŞ-də itkin kimi qeydiyyatdadır. İlkin dindirmələr zamanı qadın, intihar etməsinə səbəb kimi ailəsinə qayıtmaq istəmədiyini göstərib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb.
****
Bakıda gənc qız intihara cəhd edib.
ARANTV.AZ xəbər verir ki, hadisə Bakının Yasamal rayonunda Əsəd Əhmədov küçəsində baş verib.
1994-cü il təvəllüdlü qız özünü yaşadığı binanın 1-ci mərtəbəsindən yerə atıb.
O, ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.ölkə.az

