İtaliyanın nüfuzlu “Il Messaggero” qəzeti Azərbaycanın uğurlarından yazıb
ARANTV.AZ xəbər verir ki, İtaliyanın nüfuzlu “Il Messaggero” qəzeti Azərbaycanın uğurlarından yazıb. “Bakı, qəlbində Azərbaycan tarixi ilə gələcəyə baxan küləklər şəhəri” sərlövhəli məqalədə ölkəmizdə müxtəlif sahələrdə gedən inkişaf prosesləri, həyata keçirilən islahatlar, Azərbaycanın tarixi və mədəniyyəti barədə söhbət açılıb. Müəlliflər Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, Ələt qəsəbəsində yerləşən Bakı limanı Azərbaycan paytaxtının yeni reallıqlarından biridir. Həmçinin Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bakı Bulvarı, Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, İçərişəhər, ADA Universiteti haqqında ətraflı məlumat verilib. Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizdə qadınlara ilk dəfə səsvermə hüququnun verilməsi, ölkəmizin multikultural, tolerant mühiti də diqqətə çatdırılıb. Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər də əksini tapıb.

