Siyasət 

Azərbaycan-Rusiya mədəniyyət körpülərinə həsr olunan tədbir keçiriləcək

ARANTV.AZ xəbər verir ki,  bu gün Rusiya Dumasında “Azərbaycan-Rusiya mədəniyyət körpüləri mədəniyyətlərarası dialoqun əsasıdır” mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirdə ölkələrimiz arasında mədəni dialoq, incəsənətin inkişafı, kinematoqrafiya, teatr, muzeylər, habelə təhsil sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq. Multikultural dialoqun möhkəmlənməsi və strateji tərəfdaşlar arasında xalq diplomatiyasının inkişafı ilə bağlı aktual məsələlər də müzakirə olunacaq.

Daha çox xəbərlər