Gündəm 

Zəfər bizimlədir!

XX əsrin 80-ci illərinin sonları 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq şəkildə ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. O dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən mənfur düşmən torpaqlarımızın 20%-ni işğal etmiş Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür:

Xalqımız daima öz qonaqpərvərliyi, isti münasibəti digər xalqlardan fərqlənmişdir. Ancaq, sən demə, bundan istifadə edən düşmənlər içərimizdə imiş. Mənfur düşmənin qəbul etdiyi hiyləgər və təcavüzkar xarakterli milli təhlükəsizlik oyunu, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədddinin Tovuz istiqamətində təxribat törətməsi çoxdan səbir kasası dolmuş xalqı ayağa qaldırdı.

Azərbaycan bir neçə dəfə bəyan etmişdi ki, ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu ərazidə sülh və təhlükəsizlik əsas təhdiddir və bu hal vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Belə də oldu. Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, BMT  Təhlükəsizlik Şürasının  məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi və ədalətin bərpası üçün Vətən müharibəsi başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərini, Azərbaycan xalqınının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan Qarabağının tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Qəhrəman rayon Tərtər royununun Suqovuşan kəndini və digər strateji yüksəliklər azad edildi. Torpaqlarımızın azad olunması təhslimizə də müsbət təsir göstərdi. Şagirdlərimizin illər boyu ürəklərində yığılıb qalan vətən həsərətinə son qoyuldu. Bu yolda canlarını qurban edən bizim cəsur ürəkli vətən oğullarımızın artıü ruhu şaddır. Artıq Şuşada, Qarabağda, Kəlbəcərdə, Zəngilanda və digər Azərbycanın səfalı torpaqlarında məktəblərimiz açılacaq. Yenə Azərbaycan xalqının nəfəsi öz torpağına yayılacaq və o üç rəngli bayrağımız dalğalanacaq.

Azərbaycan xalqı daha bir şanlı qəhrəmanllıq səlnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, E-LEARN tədris mərkəzinin rəhbəri Tapdıq Quluzadə

 

Daha çox xəbərlər