Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksində 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.
ARANTV.AZ-ın xəbərinə görə, tədbirdə dini ayinlər icra edilib.
Həmçinin şəhidlərin ruhuna dualar oxunub və onların əziz xatirəsi ehtiramla yad edilib.
