Ermənistanda son sutkada 896 nəfər COVID-19 yoluxub, 22 nəfər ölüb
Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 896 yeni yoluxma qeydə alınıb.
ARANTV.AZ bildirir ki, ölkədə ümumilikdə infeksiyaya yoluxanların ümumi sayı 260 675 nəfərə çatıb.
Son sutka ərzində infeksiyadan 22 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 5299 nəfərə çatıb.

