Azərbaycan-Pakistan əlaqələri daha da güclənəcək
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb.
ARANTV.AZ xəbər verir ki, bu barədə Xəzər Fərhadov “Twitter”də bildirib.
Görüşdə Azərbaycan və Pakistanıb qarşılıqlı əlaqələri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
“Mən əminəm ki, iki ölkə arasında mövcud olan qardaşlıq əlaqələri daha da dərinləşəcək və güclənəcək”, – deyə səfir qeyd edib.

