“Maştağa 1 N-li internat” sözlərinin müəllifi Türkiyədə tələbə oldu
Vətən müharibəsi iştirakçısı olan Elçin Əhmədovun ali təhsil almaq arzusu reallaşıb.
ARANTV.AZ Lent.az-a istinadən xəbər verir ki, o, Türkiyədə Atatürk Universitetinə qəbul olunub.
E.Əhmədov “İşlətmə – biznes” ixtisası üzrə qiyabi təhsil alacaq.
Bu arzusunu gerçəkləşdirməkdə ona sosial şəbəkə fəalı Vəfadar Babayev dəstək olub.
Qeyd edək ki, Elçin Əhmədov hər iki valideynini itirdikdən sonra, 6 yaşından etibarən dövlət himayəsində böyüyüb.
O, Vətən müharibəsində Qarabağdakı tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşmışdı.

