Dünya 

ABŞ-da təyyarə qəzası: Dörd nəfər diri-diri yandı – VİDEO

ABŞ-ın Corciya ştatında aeroportda birmühərrikli təyyarə qəzaya uğrayıb.

Hadisə nəticəsində hava gəmisində olan dörd nəfər həlak olub.

Yanğınla nəticələnən qəzadan sonra hava limanı bağlanıb.

Təyyarədə olan sərnişinlərin kimliyi hələlik açıqlanmır.

ABŞ Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Mənbə: “FOX 5”

Daha çox xəbərlər