Cəbhədən Xəbər 

2020-ci ilin 14 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin on səkkizinci günü

Saat 03: 23-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu ilə sərhəd zonasında yerləşdirilmiş Ermənistanın bir neçə ballistik raket kompleksini məhv etdiyini bildirdi. Müdafiə Nazirliyinin məlumatına görə, raket sistemləri Gəncə, Mingəçevir və Azərbaycanın digər şəhərlərindəki mülki əhaliyə və infrastruktura yönəlmişdi. Həmçinin həmin gün, Tərtərin Şıxarx qəsəbəsində olan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTv) cəbhəboyu zonaya ezam olunmuş əməkdaşları, müxbir Elnur Tofiq, videooperator Elşad Heydərov və sürücü Namiq Qəmbərovun olduğu avtomobilin yaxınlığına Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşi açılmışdır, televiziyanın avtomobili tamamilə yararsız hala düşməyi ilə yanaşı sürücü Namiq Qəmbərov bədənin müxtəlif nahiyələrindən yüngül qəlpə yaraları almışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Təkə, Tağaser kəndlərinin Azərbaycan qoşunları tərəfindən azad olunduğunu elan etdi.

Daha çox xəbərlər