Dünya 

İstanbulda güclü PARTLAYIŞ olub

İstanbulun Baxçəlievlər rayonunda yaşayış binalarının birində güclü partlayış baş verib.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər briqadası cəlb edilib.

İnsident nəticəsində xəsarət alanların olmadığı qeyd edilir.

İlkin ehtimal olaraq partlayışa qaz sızmasının səbəb olduğu deyilir.

Daha çox xəbərlər