Azərbaycanda bu il 740 min tondan çox meyvə və giləmeyvə yığılıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda meyvə və giləmeyvə istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 9,3% artaraq 740,1 min tona çatıb.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, hesabat dövründə yığılmış meyvə və giləmeyvələr 217,7 min hektarlıq əkin sahəsində istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə əkin sahəsi 5,4 min hektar və ya 2,5% genişlənib.
Xatırlada ki, 2020-ci ildə Azərbaycanda meyvə və giləmeyvə istehsalı əvvəlki ilə nisbətən 3% artaraq 1 133,1 min ton təşkil edib.

