Sosial 

Uşaq dünyaya gətirən 11 yaşlı qızın aqibəti necə olacaq? – AÇIQLAMA

Son günlər 11 yaşlı qız uşağının ana olması barədə xəbərlər çoxsaylı müzakirələrə səbəb olub. Onun dünyaya gətirdiyi körpənin vəziyyəti ağır olaraq qalır. 11 yaşlı qızın bir ilə yaxın müddətdə məktəbə də getmədiyi deyilir. Bəs bu uşağın aqibəti necə olacaq?

Məsələ ilə bağlı Sonxeber.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə açıqlama verib.

O, hələlik dəqiq bir söz deyə bilməyəcəyini qeyd edib:

“Əlbəttə ki, uşaq təhsil alıb və davam etdirməlidir. Körpənin sonu ilə bağlı mən heç bir söz deyə bilmərəm. Bu barədə əlavə nə isə deməyə səlahiyyətim yoxdur, çünki hələ xəstəxanadadır. Vəziyyəti kafidir və yaxşılığa doğru gedir, Allahın izni ilə, xəstəxanadan tez bir zamanda çıxar.

11 yaşlı qızı sığınacağa gətirməklə bağlı müraciətimizi etmişik. Sığınacaqda reablitasiya keçməsi, cəmiyyətə inteqrasiya olunması üçün üzərimizə düşəni etməyə hazırıq. Amma yenə də qərarı həm prokurorluğun vəsatəti, həm də sosial xidmətlərin qərarı əsasında aidiyyəti dövlət qurumları verməlidir. Mənim edə biləcəyim bir şey yoxdur”.

Daha çox xəbərlər