Dünya 

Nigeriyada 21 mərtəbəli bina uçdu

Nigeriyanın ticarət mərkəzi sayılan Laqos şəhərində 21 mətəbəli bina uçub.

Xarici KİV-də yayılan məlumatlara görə, inşaat mərhələsində olan binanın dağıntıları altında tikinti şirkətinin sahibi başda olmaqla, 50 nəfərdən çox işçi qalıb.

Artıq yeddi nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri aparılır.

Daha çox xəbərlər