Gündəm Manset 

Bərdə rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr “Zəfər Günü” ilə bağlı tədbir təşkil olunub-VİDEO

Noyabrın 3-də Yeni Azərbaycan Partiyası Bərdə rayon Təşkilatı, Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi, Bərdə rayon Gənclər və İdman İdarəsi və “Qürur” şəhid ailələrinə dəstək ictimai birliyi ilə birgə Bərdə rayon Heydər Əliyev mərkəzində 8 Noyabr – “Zəfər Günü” münasibətilə Bərdə Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri İnşa, Musiqi, Əl işləri, Rəsm, Şeir nominasiyası üzrə tədbir keçirib.
Tədbirdə Vətən Müharibəsi iştirakçıları, qazilər, ictimaiyyət nümayəndələri,müəllimllər, valideyin və şagirdlər iştirak ediblər.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra giriş sözü ilə çıxış edən YAP Bərdə rayon Təşkilatının baş məsləhətçisi Cavit İbişov keçirilən tədbir barədə ətraflı məlumat verərək . Qeyd edib ki,xalqımız 30 il Qarabağ həsrəti ilə yaşayıb və biz özümüzü qürurlu hesab etmirdik: “44 günlük müharibə ilə arzumuz gerçəkləşdi. Azad olunan torpaqlarımızda Prezident İlham Əliyevin təşəbbüsü ilə tez bir zamanda aparılan abadlıq işləri, Qarabağın mədəniyyət mərkəzi Şuşa şəhərində illərlə həsrətində olduğumuz Xarı bülbül festivalının keçirilməsi Azərbaycan üçün qürurvericidir.
Eyni zamanda, tədbirdə ” Zəfər Günü” mövzusunda məktəblilərin rəsm işlərindən ibarət sərgi də təşkil edilmişdir. Sərgidə Bərdə Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm nümunələri də nümayiş etdirildi.
Sonda 22 qalib tələbə diplom və hədiyyələrlə təltif olunaraq, 7 iştirakçı təşəkkürnamə almışdır.

Daha çox xəbərlər