Ramiz Abbasovun peşəkarlığa söykənən fəaliyyəti gələcəkdə də lazımınca qiymətləndiriləcək
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasnın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq olunmuş FHN-nin strukturunda isə, bu idarə yenidən təşkil olunmuş və Dövlət Yanğından Mühafızə Xidməti yaradılmışdır. Qeyd edək ki, Dövlət Yanğından Mühafizə Xidmətinin başlıca vəzifəsi respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır. Dövlət Yanğından Mühafizə Xidməti yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin həyata keçirilməsini, həmçinin müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə, məhz bu siyasətin həyata keçirilməsini təmin edir. Bu sırada Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin fəaliyyəti də daim göz önündə olub. Qeyd edək ki, adı çəkilən bu dövlət qurumuna 2000-ci ildən Abbasov Ramiz Fəxrəddin oğlu rəhbərlik edir. Əldə etdiyimiz müəyyən məlumatlara görə Ramiz Abbasov, bugünkü vəzifəsini daşımazdan öncə Dövlət Yanğından Mühafızə Xidmətinin strukturlarında çalışımış və illər keçdikcə bu sahənin incəliklərini mənimsəyib nümunəvi kadra çevrilir. Bəli, bu şəxs çalışdığı sahə üzrə peşəkar mütəxəssis olduğundan, uzun müddətdir ki, rəhbərlik onu Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə rəhbərlik etməyi məqsədəuyğun bilir. Diqqət yetirək ki, Ramiz Abbasov ötən 21 il ərzində böyük həyat yolu keçmiş və daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi də bacarmışdır. Belə bir səbəblər üzündəndir ki, o, bu gün nəinki rəhbərliyin, hətta Bərdə şəhər sakinlərinin də rəğbət hissini qazanmağa müəssər olmuşdur.
Onu da unutmayaq ki, 44 günlük Vətən müharibəsinin davam etdiyi vaxtlarda Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin hər bir əməkdaşı gündəlik səfərbər olundular, ciddi iş rejimində çalışdılar, bir sözlə onlar arxa cəbhədə olsalar da, sanki döyüş nöqtələrində vuruşan hərbiçilər kimi ölüm-dirim savaşında iştirak etdilər. Bunu ona görə belə qeyd edirik ki, naxələf düşmənin dinc sakinlərin yaşadıqları məntəqələrə atdıqları mərmilərin partlaması səbəbindən baş verən yanğınların söndürülməsi, əslində böyük risk tələb edirdi. Bəli, Ramiz Abbasovun rəhbərlik etdiyi Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti nədənsə çəkinmədilər, həyatlarını hər cür təhlükə qarşısında qoydular və üzərinə düşən vəzifə borclarını lazımi səviyyədə yerinə yetirdilər. Belə bir səbəblər üzündəndir ki, nəinki Bərdə şəhəri ərazisində, qonşu Tərtər və Ağcabədi rayonlarında, hətta digər ərazilərdə də düşmən tərəfi istəyinə nail ola bilmədilər. Sözsüz ki, bütün bunların kökündə Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə rəhbərlik edən Ramiz Abbasovun peşəkar idarəçiliyi, hansısa təhlükənin varlığından çəkinməməsi, ortaya qoyduğu qətiyyətli iradəsinin varlığı və s. əsas rol oynadı.
Xüsusi qeyd olunası hallardan biri də, Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsi rəhbərliyinin Vətən müharibəsinin davam etdiyi vaxtlarda cəbhə bölgəsində şəhid olan əsgər və zabitlərimizin dəfn mərasimlərində iştirak etməsi, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının problemləri ilə maraqlanması, imkanı daxilində onlara köməklik göstərməsi olur. Buna əsas səbəb, Ramiz Abbasovun qəlbən xalqına bağlı olması, Vətənini sevməsi, xarakterik xüsusiyyətinin göstəriciləri ilə əksəriyyətə nümunə olmasıdır. Faktdır ki, bu gün o, nəinki Bərdə şəhəri ərazisində, həttta ətraf şəhər və rayonlarda da hörmət-izzətə malik vəzifə sahibi olaraq tanınır. Bütün bunların nəticəsidir ki, şəhər sakinləri arasında Ramiz Abbasovun adı çəkilərkən, hər kəs ona hörmət və ehtiramını bildirir, ünvanına xoş sözlər danışırlar.
Qeyd edək ki, Ramiz Abbasov uzun illər ərzində bu sahədə çalışdığından Dövlət Yanğından Mühafizə Hissəsinə aid bütün incəlikləri mükəmməl bilir. Ona görə də o, nəyi necə etməyi, hansı vaxtda hansı addımı atmağı, bir sözlə zamanında düzgün qərar qəbul etməyi bacarır. Bütün bunlar onu göstərir ki, Ramiz Abbasovun atdığı hər addım, xalqımıza , dövlətimə baş ucalığıdır. İnanırıq ki, adı çəkilən bu şəxsin peşəkarlığa söykənən fəaliyyəti, bu gün olduğu kimi gələcəkdə də lazımınca qiymətləndiriləcək.
Vüsal BAYRAMOV

