Toya bir ay qalmış nişanlısından ayrılan azərbaycanlı müğənni: “Namusuyla bağlı…” – VİDEO
ARANTV.AZ xəbər verir ki, ARB TV-nin “Səhər-səhər” verilişində qonaq olan ifaçı ayrılığın səbəblərini açıqlayıb:
“Vərdişlər dəyişə bilir, xarakter dəyişmir. Xasiyyətimiz uyğun gəlmədi, ayrıldıq. Şərəfsiz olaram ki, edilən nəyisə inkar etsəm. Ad günümdə təşkilatçılıq etdi, sürprizlər etdi. Dedilər ki, xanımın qarşısında diz çöküb. Amma mən diz çökməmişəm. Mən Allahdan başqa heç kəsin qarşısında diz çökmərəm. Həmin xanımın namusuyla bağlı bir problem olmayıb. Çox gözəl, ailə tərbiyəsi görmüş xanımdır. Onun haqqında pis nəsə deyə bilmərəm. Çünki ola bilər, biz sabah barışa bilərik. Bax, o zaman bir kişi oğlu mən deməsin ki, bunu necə qeyrətin götürdü. Ayrılmağımıza səbəb qısqanclıq deyil. Mən xəyanətkar insan deyiləm”.
Qeyd edək ki, cütlük martın 8-də toy etməyə hazırlaşırdı.
Aysu

