Siyasət 

Qətərin “The Peninsula” qəzetində ölkəmizin turizm imkanlarından bəhs olunub

ARANTV.AZ xəbər verir ki, Qətərin “The Peninsula” qəzetində ölkəmizin turizm imkanlarından bəhs olunub. Müəllif ötən il Azərbaycana 12 mindən çox qətərlinin səfər etdiyini bildirir.

Qətər vətəndaşları Azərbaycana çatan kimi, elə hava limanında  30 günlük viza ala bilirlər. Prosedurların bu cür sadələşdirilməsinin nəticəsidir ki, 2017-ci ildə Azərbaycana səfər edən qətərlilərin sayı təxminən 8 min olduğu halda, 2018-ci ildə bu göstərici 12 min 458 nəfərə çatıb. Bu barədə Qətərin “The Peninsula” qəzetində ölkəmizin turizm imkanlarından bəhs olunan məqalədə bildirilib. Müəllif Sidi Mohammed 2 ölkə arasında güclü əlaqələrin olduğuna diqqət çəkərək, Azərbaycanın Qətərdə çoxsayda iqtisadi-mədəni tədbirlər həyata keçirdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycanın bir çox turizm istiqaməti və zəngin mədəni irsi var. Paytaxt Bakı ən gözəl turizm şəhərlərindən biridir. Buradakı müasir binalar şəhərin tarixi və arxeoloji hissələrilə vəhdət təşkil edir. Ölkənin hər yerində qədim abidələrdən müasir dövrün nümunələrinədək müxtəlif tikililərə rast gəlinir. Bundan başqa, Azərbaycanın hər bölgəsinin özünəməxsus xüsusiyyəti var. Müəllif, Bakıda yerləşən tarixi memarlıq nümunələri haqqında da geniş məlumatlar verib.

Daha çox xəbərlər