Azərbaycan məhsulları “Prodexpo 2019” beynəlxalq qida sərgisində medala layiq görülüb
ARANTV.AZ xəbər verir ki, Azərbaycan məhsulları Moskvada təşkil olunan “Prodexpo 2019” beynəlxalq qida sərgisində uğurla nümayiş olunub və medala layiq görülüb. Sərgidə qida, şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 31 şirkət öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib. Regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən olan “Prodexpo 2019” beynəlxalq ərzaq sərgisində maraqla qarşılanıb. Məhsullarımız sərgi təşkilatçıları və xarici şirkətlər tərəfindən yüksək qiymətləndirilib və ixraca dair razılıqlar əldə olunub.

