Gələn ilin dövlət büdcəsinin sosialyönümlü hissəsi 14 milyarda yaxın olacaq
Azərbaycanın 2022-ci il dövlət büdcəsinin sosialyönümlü hissəsi 46,4 faizə çatdırılır. Bu da 13 milyard 851 milyon manat təşkil edir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirəsi zaman deyib.
Nazir bildirib ki, sosial yönümlü hissədə əməyin ödənişi xərclərinin xüsusi çəkisi artaraq 60 faiz təşkil edir.
“Bu istiqamətdə 8 milyard 97 milyon manat vəsait ayrılır ki, bu da cari illə müqayisədə 22.7 faiz çoxdur. Son 5 ildə əməyin ödənişi fondu 1,8 dəfə və yaxud 3 milyard 685 milyon manat artıb,” – deyə nazir bildirib.

