Şou biznes 

Beyninə qan sızan Pərvizlə bağlı ailəsindən AÇIQLAMA

Beyninə qan sızan müğənni-bəstəkar Pərviz Mahmudov reanimasiyaya yerləşdirilib.

Sənətçinin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, ötən gündən Pərvizin səhhəti yaxşılaşmağa başlayıb.

“Heç nədən oldu, qəfildən pisləşdi. İndi reanimasiyadadır. Həkimlər bildirib ki, müsbətə doğru gedir” deyə, onlar söyləyib.

Qeyd edək ki, beyninə qan sızan Pərviz noyabrın 10-dan xəstəxanaya yerləşdirilib.

Daha çox xəbərlər