Hadisə 

Şəmkirdə yük avtomobili qəza törətdi – FOTO

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yük maşınının sürücüsü yüngül xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər