Göygöl rayonunda şəhid məzarları yenidən təmir edilir – FOTO/VİDEO
Göygöl rayonunda şəhidlər xiyabanında uyuyan şəhidlərimizin məzarları yenidən təmir edilir.
Rayon İcra Hakimiyyəti tərəfindən aparılan işlər çərçivəsində şəhidlərin məzarları qranit mərmərdən yedinən üzlənir. İşlərə təxminən bir ya yaxındır davam edir və təxminən bir ay sonra tam yekunlaşacaq.
Şəhid məzarlarının yenidən təmiri ilə bağlı şəhid yaxınları ilə də razılaşladırılb və şəhid yaxınları mütamadi olaraq aparılan işlərin gedişi ilə maraqlanır.
İşlər çərçivəsində şəhidlər xiyabanı yazılan lövhədə qurulmaqdadır. Lövhənin 8 metr eni, 4 metr hündürlüyü olacaq. Bundan əlavə şəhidlər xiyabanına yeni asvlt örütüyü döşənəcək, xiyabanın işıqlandırılması tam tımin ediləcək və xiyabanda əkilən gül kollarının saxlanılması üçün əlavə su xəttləri çəkiləcək.
Məlumat üçün bildirək ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi üçün Göygöl rayonunda 79 həmvətənimiz şəhid olub. 44 günlük Vətən müharibəsində isə Göygöl rayonu 29 şəhid verib.

