3-cü doza vaksin olunan müəllimlərin sayı açıqlanıb
Təhsil naziri Emin Əmrullayev 3-cü doza vaksin olunan müəllimlərin sayını açıqlayıb.
ARANTV.AZ xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, son məlumata görə, 90 mindən artıq təhsil işçisi 3-cü doza vaksin vurdurub: “Bu gün istər təhsildə, istərsə də digər sahələrdə iştirakçılıq təmin edilirsə, bunu əhalinin yüksək səviyyədə vaksinasiyadan keçməsinə borcluyuq.
İlyarım bundan əvvəl ölkə ərazində təxminən gündəlik 5000 yoluxma olanda problemlər yaşayırdıq. İndi isə yüksək yoluxma saylarında da məktəblər, yaxud ali təhsil müəssisələrində ənənəvi tədrisi davam etdiririk”.

