Azərbaycan noyabrın 16-da saxlanılan 10 erməni hərbisini təhvil verib
Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq dekabrın 4-də 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Qeyd edilib ki, təhvil verilmiş şəxslər noyabrın 16-da Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb.
Qeyd edək ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə – noyabrın 26-da erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verib.

