Bakıda Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə yürüş başa çatdı — CANLI YAYIM (YENİLƏNİB)
Yürüş “Ana harayı” abidəsinin önündə başa çatıb.
ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
***
Azərbaycan paytaxtında Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə yürüş keçirilir.
ARANTV.AZ xəbər verir ki, yürüş iştirakçıları Bakı Dəniz Vağzalının qarşısından başlayaraq “Ana harayı” abidəsinə doğru hərəkət edir.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva, hökumət və dövlət rəsmiləri, millət vəkilləri, ziyalılar qatılıblar.
Yürüşdə on minlərlə insan iştirak edir.
Ölkə.Az

