İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
ARANTV.AZ xəbər verir ki, İsrailin Akko şəhərində də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə İsrail Knesseti və Azərbaycan parlamentinin üzvləri iştirak ediblər. Şəhər meri Şimon Lankri bildirib ki, “Holokost soyqırımını yaşayan yəhudilər Azərbaycan xalqının kədərini və ağrısını yaxşı anlayır”. Tədbirdə çıxış edənlər Xocalıda dinc azərbaycanlı sakinlərə qarşı törədilən vəhşiliyin qeyri-insani münasibət olduğunu bildiriblər. Xocalıda çəkilən dəhşətli fotoşəkillər Azərbaycanın dinc əhalisinə qarşı qəddarlığın, zorakılığın və qanlı qırğının təsdiqidir. Tədbirdə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən fəaliyyət barədə də məlumat verilib. Xocalıda törədilmiş dəhşətli soyqırımı aktı və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hələ də davam edən işğalı barədə sənədli təqdimat nümayiş etdirib.

