Azərbaycan Parisdə keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisində təmsil olunur
ARANTV.AZ xəbər verir ki, Parisdə Beynəlxalq kənd təsərrüfatı sərgisi keçirilir. Sayca 56-cı olan sərgidə Azərbaycanın kənd təsərrüfatı imkanlarına xüsusi maraq var.
Sərgidə kənd təsərrüfatının heyvandarlıq, bitkiçilik, bağçılıq, bostançılıq sahələrinə aid məhsullar nümayiş etdirilir. Sərgi çərçivəsində keçirilən görüşlərdə Kənd Təsərrüfatı naziri İnam Kərimov kənd təsərrüfatının ölkəmizdə iqtisadiyyatın prioritet sahələrdən olduğunu vurğuladı. Qeyd edildi ki, Azərbaycan dövləti kənd təsərrüfatının bütün sahələrinin inkişafına dəstək verir.
Dünyanın ən böyük sərgilərindən olan Paris beynəlxalq Kənd Təsərrüfatı sərgisi martın 3-dək davam edəcək. Sərgiyə 650 mindən çox ziyarətçinin gələcəyi gözlənilir.

