Sosial 

Bakıda Yeni il yolkalarının qurulmasına başlanılıb

Bakıda Yeni il hazırlıqları başlanılıb. Paytaxtın bayram üçün bəzədilməsi işlərinə artıq start verilib.

ARANTV.AZ  xəbər verir ki, Bakının bir sıra mərkəzi yerlərində, o cümlədən “Azneft” dairəsində və “Ağ Şəhər”də yolka qurulur.

Həmçinin mərkəzi prospektlərdə və meydanlarda parlaq işıq tabloları, yeni il simvolları quraşdırılır.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, paytaxtın bütün rayonlarında yolkaların qurulması üçün yerli orqanlara tapşırıq verilib.

Daha çox xəbərlər